Müştərilərimiz üçün əlverişli və çevik ödəniş imkanları təqdim edirik:
Sənədləşmə və Ödəniş Şərtləri
- Tək şəxsiyyət vəsiqəsi ilə;
- 18 ayadək faizsiz daxili kredit
- 60 ayadək daxili kredit imkanı
- Zaminsiz və əlavə araşdırmasız sənədləşmə
- Sadələşdirilmiş prosedur, minimum vaxt itkisi
Sənədləşmə bütün hüquqi tələblərə uyğun şəkildə, tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
Sənədləşmə
Şirkətimizdə bütün işlər rəsmi müqavilə əsasında aparılır. Müqaviləyə əlavə olaraq 7 mühüm sənəd imzalanır:
- Eskiz layihə və dizaynın təsdiqi (müştərinin istəyinə əsasən);
- Ödəniş Cədvəli – razılaşdırılmış mərhələli ödəniş şərtləri;
- Material Siyahısı və Qiymətləndirmə – istifadə ediləcək materialların və onların dəyərinin təsdiqi;
- Razılaşdırma Aktı – görüləcək işlərin tərəflər arasında təsdiqi;
- Təmir Xidmətlərinə Zəmanət – göstərilən xidmətlər üzrə zəmanət öhdəlikləri;
- Sənədlərin Təhvil-Təslim Aktı – bütün rəsmi sənədlərin tərəflər üzrə təhvil-təslimi;
- Görülən İşlərin Təhvil-Təslim Aktı – tamamlanmış işlərin sifarişçiyə təhvil verilməsi;
Bu sənədləşmə sistemi şəffaflığı təmin edir, həm sifarişçinin, həm də podratçının hüquqlarını qoruyur.